...

Azərbaycan "Şahdəniz" yatağından sınaq hasilatına başlayıb

Energetika Materials 15 Yanvar 2007 15:31 (UTC +04:00)

BP Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağında birinci qabaqlayıcı quyuda yaranmış problemi həll etdikdən sonra, onda dinamik sınaq üçün hasialatı bərpa edib. Bu barədə Trend xəbər verir.

Quyularda vəziyyət öyrənlildikdən sonra debitlər arta bilər, bu isə sınaq bitdikdən sonra baş verə bilər. Mütəxəssislər təzyiq, temperatur və başqa parametrlərin quyuya təsirini öyrənmək istəyirlər.

Əvvələr BP Azərbaycan problem müşahidə olunan ilk qabaqlayıcı quyuda Məhlulun vurulması işini başa çatdırıb.

Hasilatın texniki problemlərə görə dayandırıldığı "Şahdəniz" yatağında ilk qabaqlayıcı quyuda 800-900 metr dərinlikdə qaz itkisi aşkar olunub.

Bu il fevralının ortalarında şirkət ikinci qabaqlayıcı quyunu buraxmaq niyyətindədir. Hazırda onun da işə qoşulması və hasilata başlanması işi davam etdirilir.

İlk quyudan neft hasilatı dekabrın 15-də başlanıb. İlk quyudan sutkada 5,6 mln m3 qaz və 2,5 min ton qaz-kondensat çıxarılıb. Hazırda quyu sutkada 3,4 mln. kubmetr qaz və 1300 ton kondensat verir.

"Mərhələ 1" istehsal layihəsi çərçivəsində "Şahdəniz"dən ildə 8,6 mlrd. kub metr qaz çıxarılır. 2007-ci ildə "Şahdəniz"dən 5,4-5,6 mlrd. kubmetr qaz çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti