...

BOS Shelf və McDermott -un işdən azad olunmuş əməkdaşları maddi yardım alacaqlar

Energetika Materials 15 Yanvar 2007 15:48 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycan beynəlxalq Əməliyyat şirkəti (ABƏH), "Azəri"-"Çıraq"-"Günəşli" layihəsinin operatoru BP Azərbaycan və şirkətin yarımpodratçıları BOS Shelf və McDermottla danışıqlar aparıb.

ARDNŞ-in məlumatına istinadən Trend in verdiyi xəbərə görə, görüşdə iş həcminin azalması ilə ixtisara düşəcək şirkət əməkdaşlarına bonus ödəmələri məsələsi müzakirə olunub. ABƏŞ və Mc Dermottt arasındakı sazişə görə, azad olunmuş işçilər 3 məvacib haqları ölçüsündə vəsait alacaqlar. Lakin BOS Shelf şirkətinin əməkdaşları üçün belə hesablar nəzərdə tutulmadığından onlarda narazılıq yaranıb.

Bu məsələnin həlli Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə tapşırılıb.

Xavrici investisiyalar idarəsinin rəhbəri Vaqif Əliyev, İşlər idarəsinin rəhbəri Xaliq Məmmədov, kapital qoyuluşu idarəsinin rəisi Ağasəf Əliyev, ABƏŞ, BOS Şhelf və Mc Dermott nümayəndələrinin iştirakı ilə aparılan danışıqlar zamanı vəsaitlərin ödənilməsi Azərbaycanın əmək kodeksində nəzərdə tutulmadığından "Əsrin müqaviləsi"nin uğurla yerinə yetirilməsinə görə onlar ödəniləcək. Şirkətin əməkdaşları 3 məvacib haqqı ölçüsündə yardımlar alacaq. Sazişin hazırlanması üçün üçtərəfli işçi qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti