...

Azərikimya DŞ 2006-cı ildə istehsal həcminin artdığını bəyan edib

Energetika Materials 16 Yanvar 2007 19:21 (UTC +04:00)

2006-cı ildə Azerikimya DŞ Dövlət Şirkəti 905,9 min manatlıq məhsul istehsal edib. çərşənbə axşamı şirkətdən Trend ə verilən xəbərə görə, ümumilikdə dövlət strukturunun müəssisələrində istehsal göstəriciləri 2005-ci illə müqayisədə 23,2% artıb. Proqnoz 141,7% yerinə yetirilib.

2006-cə ildə yüksək təzyiqli polietilen 2005-ci ilə nisbətən 32,8% çox istehsal olunub, butadien 7,2%, butilen-izobutilen 5,3%, propilen oksid 40%, poliefir qatranı 66,9%, yağlı kaustik soda 26%, tamamlanmış izopropil spirti 17% çox istehsal olunub.

Bu dövr ərzində DŞ-də işlə 750 nəfər təmin olunub. Dövlət strukturunda həmçinin məlumat veriblər ki, bu dövr ərzində Azərkimya tərəfindən istehsal olunan məhsullların böyük bir hissəsi Türkiyə, Rusiya, Gürcüstan, Latviya, Belgiya, Türkmənistan, Özbəkistan, İtaliya, İspaniya, Ukrayna, İran və İraqa ixrac olunub.

Xəbər lenti

Xəbər lenti