...

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstanda terminalını genişləndirəcək

Energetika Materials 23 Yanvar 2007 11:08 (UTC +04:00)

Gürcüstan hökuməti Kulevi terminalının alınması çərçivəsində ARDNŞ-a verilən 100 hektara əlavə olaraq daha təxminən 200 hektar ayırıb. Bu barədə Trend ə şirkətdən məlumat veriblər.

Gələcəkdə ARDNŞ bu ərazidə Qara dəniz sahillərinə çıxışı olan neft emalı üçün müəssisə tikmək fikrindədir.

Hazırda terminalın gücü 10 mln. ton təşkil edir (2 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut). Terminalın rezervuar parkının ümumi tutumu 320 min kub metr təşkil edir.

Bu terminalın gücünün 15-20 mln. tona qədər və rezervuar parkının 380 min kub metrə qədər artırılması planlaşdırılır. Dörd dəmir yolu xətti ilə terminala 168 sisterninin çatdırılması mümkündür. Yanaşma kanalı və 3 lövbərin tikintisi başa çatdırılıb.

Kulevdə həmçinin neftin və neft məhsullarının keyfiyyətinin yoxlanılması üçün beynəlxalq standartlara cavab verən laboratoriya, 9 köməkçi xidmət gəmilərindən ibarət mobil flotil var.

Hazırda terminalda yenidənqurma işləri başlanıb. ARDNŞ-ın mülkiyyətində olacaq dəmir yolun salınması istiqamətində işlər aparılır. Terminalın 2007-ci ilin ikinci yarısında işə düşməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti