...

Nəqliyyat nazirliyində Mitsubishi Corporation-ın nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 24 Yanvar 2007 17:05 (UTC +04:00)

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bu gün Mitsubishi Corporation -ın Britaniya ofisinin prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Trend in verdiyi xəbərə görə, bu barədə sənaye və energetika nazirliyinin mətbuat xidmətindən xəbər veriblər.

Nazirin qeyd etdiyinə görə, bu gün Yaponiya Azərbaycan iqtisadiyyyatının tək enerji yox, başqa sektorlarında da fəal və müxtəliv istiqnamətlərdə iştirak edir. O, həmçinin dünyanın iri və nüfuzlu şirkətlərindən biri olan Mitsubishi Corporation şirkəti ilə danışıqlar aparmağın vacibliyini vurğulayıb.

Şirkətin nümayəndəsi Mitsubishi Corporation-ın dünyada və Azərbaycandakı fəaliyyətinin gələcək istiqamətləri barədə danışıb, həmçinin burada neft emalı zavodlarının modernləşməsi, aşağı sulfidli yanacaq istehsalı yaradılması barədə danışıb. Başqa məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti