...

MakDermott Caspian Contractors Ink LUKoyl şirkətindən sualtı boru kəmərinin tikintisi üçün sifariş alıb

Energetika Materials 26 Yanvar 2007 14:03 (UTC +04:00)

C.Rey MakDermott, S.A. şirkətinin Xəzərdə fəaliyyət göstərən törəmə şirkəti MakDermott Kaspian Kontraktorz, İnk. (MakDermott) şirkəti LUKOYL ASC-nin törəmə müəssisəsi - "LUKOYL-Nijnevoljskneft" MMC-dən (LUKOYL) Yuri Korçagin yatağı üçün sualtı boru kəmərinin çəkilişi üçün müqavilə alıb. Bu barədə Trend MakDermott şirkətinin cümə günü yaydığı məlumatına istinadən xəbər verir. Yataq Xəzər dənizinin Rusiya sektorunda Həştərxan şəhərindən 180 km aralıda yerləşir.

"Artıq 20 ildən çoxdur ki, MakDermott Xəzər dənizində və eləcə də Rusiyanın ərazi sularında bir sıra layihələr həyata keçirir. Rusiyanın neft və qaz sektorundakı tikinti işlərinin həcmi getdikcə artmaqdadır və biz fəxr edirik ki, belə dünya səviyyəli layihədə Lukoyl şirkəti ilə çiyin-çiyinə işləyəcəyik", - deyə şirkətin Xəzər əməliyyatları üzrə vitse-prezidenti və baş meneceri Dən Hauzer bildirib.

MakDermott 1 saylı buzadavamlı stasionar platformanı (LSP-1) Yuri Korçagin yatağından cənub istiqamətdə yerləşən tək nöqtəli üzən yanalma-boşaltma terminalı ilə birləşdirəcək, uzunluğu 58 km olan 12 düymlük neft boru kəməri çəkəcək.

Müqavilə çərçivəsində MakDermott sualtı boru kəmərinin texniki layihələşdirilməsi, təchizat məsələləri, quraşdırılması və sınaqdan keçirilməsi işlərini yerinə yetirəcək. Layihə işlərinin icrasına şirkətin Azərbaycanda və Birləşmiş Ərəb Əmirliklərində yerləşən dünyəvi istehsalat obyektlərindən yardım göstəriləcək.

Xəbər lenti

Xəbər lenti