...

"Sintezkauçuk" zavodu üçün xammal alınması ilə bağlı tenderin bağlanma tarixi dəyişdirilib

Energetika Materials 27 Yanvar 2007 14:54 (UTC +04:00)

Azərikimya Dövlət Şirkətinin "Sintezkauçuk" Sumqayıt zavodu 2007-ci ildə sulfat turşusu alınması ilə bağlı elan etdiyi tender təkliflərinin açılması tarixini dəyişdirib.

DŞ-yə istinadən Trend bildirir ki, paketlərin açılması fevralın 7-nə təyin edilib. Bundan öncə dekabrın 29-na təyin olunmuşdu.

Təkliflər dəyərləndirilərkən növbəti kriteriyalara önəm veriləcək: aşağı qiymət, yüksək keyfiyyət, kontraktın vaxtında icrası, analoji işlərdə təcrübə, maliyyə durumu. Tenderdə iştirakın dəyəri 200 manatdar.

Xəbər lenti

Xəbər lenti