Mineral Resursların Hasilatı Üzrə Sənayenin Şəffaflığı Təşəbbüsü Üzrə Komissiya (EİTİ) Dellotte beynəlxalq audit şirkəti tərəfindən Azərbaycanın EİTİ üzrə beşinci hesabatını elan edib. Azərbaycan Dövlət Neft Fonduna istinadən Trend məlumat verir ki, hazırlanmış hesabat 2006-cı ilin 6 ayı ərzində ölkənin hasilat sənayesinə daxilolmaları əhatə edib.
Hesabata əsasən, hökumət neft-qaz sahəsindəki xarici şirkətlərdən 2005-ci ildə 8,78 milyon barrel neft və 1408,371 mln. m3 qaz əldə edib. Şirktələrin öz məlumatlarına əsasən isə bu göstəricilər 8,65 milyon barrel neft və 1 414, 390 milyon. m3 təşkil edir. Lakin audit şirkəti tutuşdurma apardıqda hökumətdən alınan göstəricilərin həqiqət olduğunu təsdiqləyib. Hökumət üçün yerli şirkətlərdə qaz hasilatı 3,460 milyon m3 təşkil edib.
Xarici şirktələrdən vergi halında gələn gəlir 213,005 milyon dollar, imzalanmış bonuslar üzrə 1 milyon dollar, akr üzrə ödəmələr1,286 mln dollar, tranzit ödəmələr üzrə - 7,932 mln dollar əldə olunub.
Yerli şirkətlərdən daxilolmalar 42,907, mln - royal, 11,608 mlrd. manat - gəlir vergisi, 136,095 mlrd. manat- digər vergilərdən əldə olunub (gəlirdən alınan vergi, sosial ödəmələrdən və mənbədən olan vergilərdən başqa)
Ümumilikdə, 2006-cı ilin yarımilində Azərbaycan hökumətinə xarici şirkətlərdən 10,218 milyon dollar, yerli şirkətlərdən isə 403,625 milyon manat daxil olub. Qarşılıqlıanlaşma memorandumunda 24 neft-qaz şirkəti iştirak edir.