...

Dövlət Neft Şirkəti Ceyhandan neft partiyasının satışı ilə bağlı tenderi bağlı elan edib

Energetika Materials 14 Fevral 2007 13:01 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilsi-Ceyhan marşrutu üzrə tədarük edilən özünə məxsus "Azeri Light" markalı neftin Türkiyənin Geyhan limanından yüklənməsi ilə bağlı tenderi bağlı elan edib. Tenderin qalibi Britaniyanın "Glencore Energy" şirkəti olub.

Partiyanın həcmi 1 mln. barel (yaxud 135 min ton) təşkil edəcək. Yüləmə 2007-ci il martın 5-7-i üçün planlaşdırılır.

Fevralın 12-i üçün AZERI LT FOB Ceyhan neftinin qiymtəi $56,17/bar. (əvvəlki qiymətə münasibətdə $1,90/bar düşüb) olub.

2007-ci ildə ARDNŞ neft partiyasını Ceyhandan aşağıdakı şirkətlər əldə edib:

"Glencore Energy UK Ltd" - yanvar (1 mln. barel);

"IİLMA OİL S.L" - yanvar - fevral (1 mln. barel);

"Select Energy"- fevral (600 min barel);

"Select Energy"- fevral-mart (1 mln. barel).

"Glencore Energy" - mart (1 mln. barel).

Xəbər lenti

Xəbər lenti