...

Azərbaycan Dövlət Neft Şirkəti Ceyhandan neft partiyasını satıb

Energetika Materials 23 Fevral 2007 16:49 (UTC +04:00)
Azərbaycan, Bakı /müx. S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı-Tbilsi-Ceyhan marşrutu üzrə tədarük edilən özünə məxsus "Azeri Light" markalı neftin Türkiyənin Geyhan limanından yüklənməsi ilə bağlı tenderi bağlı elan edib. Tenderin qalibi İsveçrənin "Adax" şirkəti olub. Partiyanın həcmi 1 mln. barel (yaxud 135 min ton) təşkil edəcək. Yüləmə 2007-ci il martın 21-23-ü üçün planlaşdırılır.Fevralın 21-i üçün AZERI LT FOB Ceyhan neftinin qiymtəi $58,02/bar. (əvvəlki qiymətə münasibətdə $1,60/bar qalxıb) olub.2007-ci ildə ARDNŞ neft partiyasını Ceyhandan aşağıdakı şirkətlər əldə edib:"Glencore Energy UK Ltd" - yanvar (1 mln. barel);"VİLMA OİL S.L" - yanvar - fevral (1 mln. barel);"Select Energy"- fevral (600 min barel);"Select Energy"- fevral-mart (1 mln. barel)."Glencore Energy" - mart (1 mln. barel). "Addax BV"- mart (1 mln. barel).Son partiya da nəzərə alınmaqla ilin əvvəlindən başlayaraq ARDNŞ Ceyhandan 1,275 mln. ton neft satıb.
Xəbər lenti

Xəbər lenti