...

ENI "Kaşaqan" layihəsinin yeni dəyərini elan edib

Energetika Materials 3 Mart 2007 14:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/İtaliyanın ENI şirkəti "Kaşaqan" yatağının işlənməsi üzrə layihənin dəyərini 19 milyard dollara qədər artırıb. Bu da ilkin 10 milyard dollar qiymətdən təxminən 2 dəfə çoxdur. Bu barədə Energy məlumat verib.

ENI ilk neft hasilatını 2010-cu ilə qədər təxirə salıb, lakin ilkin tarix 2008-ci ilin sonuna təyin olunmuşdur.

ENI "Kaşaqan"da neft hasilatının 2019-cu ildə sutkada 1,5 milyon barrelə çatacağını gözləyir. Hasilatın ilkin səviyyəsi sutkada 300 min barrel olacaq. Bu rəqəmin 450 min barrelə çatacağı istisna edilmir.

ENI-yə yaxın olan mənbələrin məlumatına əsasən, ilkin neft hasilatının 2010-cu ilə təyin olunması çox nikbin addımdır, demək olar ki, layihə 2011 və ya 2012-ci illərdə başlayacaq. Layihə ENI-nin bəzi rəhbərlikləri tərəfindən narazılıqla qarşılanıb və güman edilir ki, layihənin başqa iştirakçılarından biri ExxonMobil, Shell və ya Total idaretməni öz əlinə alsın.

Xəbər lenti

Xəbər lenti