...

Fevralda Naxçıvanda istifadə edilən enerjiyə görə ödəmə faizi 30,6 faiz təşkil edib

Energetika Materials 6 Mart 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Fevralda Naxçıvan MR-də istifadə edilən enerjiyə görə ödəmə faizi 30,6 faiz təşkil edib. Bu barədə Naxçıvan MR Dövlət Energetika Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, fevralda texniki itki nəzərə alınmqla, daxil olan 67 milyon 957 min kilovat/saat elektrik enerjisinin dəyəri 4 milyon 77 min 400 manat olub. Cəmi 1 milyon 248 min 100 manat vəsait toplanılıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 30,6 faizini təşkil edib.

Ödəmə faizinə görə 49,2 faizlə Ordubad rayonu fərqlənib. Ən az ödəmə isə Babək rayonunda qeydə alınıb-22,0 faiz. Naxçıvan MR-in müəssisə və təşkilatları üzrə ödəmə faizi 30,3 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti