...

BP BTC kəmərinin nasos stansiyasına qaz tədarükünü artırıb

Energetika Materials 10 Mart 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ BP Azərbaycan ("Şahdəniz" layihəsinin texniki operatoru) sutka ərzində Bakı-Tiflis-Ceyhan ixrac kəmərinin nasos stansiyasına 2 mln. kubmetr qaz tədarük edir. Bu barədə məlumatı hökumətdən veriblər.

Stansiyaya çatdırılan qaz kəmərlə ötürülən neftin həcmini artırmağa kömək edir ki, bunun hesabına da sutkalıq ixracı 1 mln. barelə çatdırmaq mümkün olacaq. Hazırda kəmər vasitəsilə sutka ərzində 600 min ton barel neft ixrac olunur.

BTC kəmərinin ümumi uzunluğu 1768 kilometrdir: 443 km - Azərbaycan, 249 km - Gürcüstan, 1076 km - Türkiyə ərazisinə düşür. Kəmər üçün 8 nasos stansiayası fəaliyyət göstərir ki, bunların da 4-ü Türkiyə, digər 4-ü isə hər birində 2-si olmaqla Azərbaycan və Gürcüstanın payına düşür.

Hazırda "Şahdəniz"dən gündəlik hasilat 5,5 mln kubmetrə çatır.

"Şahdəniz"dən "Mərhələ- 1" çərçivəsində 8.6 mlrd. kubmetr qaz hasil olunması nəzərdə tutulub ki, bunun da 2.8 mlrd. kubmetri 2007-ci ilin payına düşür.

Xəbər lenti

Xəbər lenti