...

Shirvan oil fevral ayında neft hasilatını azaldıb

Energetika Materials 13 Mart 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ 207-ci ilin fevral ayında Shirvan oil "Kürovdağ"dan 16950 ton neft çıxarıb ki, bu da ötən ilin müvafiq dövründən 3,6% aşağıdır. Bu barədə məlumat Azərbaycan Dövlət Neft Şirkətindən verilib. 2007-ci ilin əvvəlindən isə ərazidən cəmisi 35902 ton neft hasil olunub.

Azərbaycanın qurudakı "Kürovdağ" neft yatağının bərpası, işlənilməsi və çıxarılan neftin bloklara bölünməsi barədə PSA tipli müqavilə Dövlət Neft Şirkəti və Caspian Energy Group-la bağlanılıb.

Sazişə əsasən Dövlət Neft Şirkəti və Caspian Energy Group hər biri 50% iştirak payına malikdirlər. Təklif olunan sərmayənin həcmi isə 200-300 mln. dollardır. "Kürovdağ" neft yatağı 1929-cu ildə kəşf olunub, işlənilməsinə isə 1955-ci ildən başlanılıb.

Xəbər lenti

Xəbər lenti