...

Azərbaycan Rusiyadan elektrik enerjisinin idxalından imtina etməyə hazırdır

Energetika Materials 5 Aprel 2007 12:39 (UTC +04:00)
Azərbaycan Rusiyadan elektrik enerjisinin idxalından imtina etməyə hazırdır

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Tarifin aşağı salınması ilə bağlı razılıq əldə olunmasa, Azərbaycan Rusiyadan elektrik enerjisinin idxalından imtina edə bilər. Bu barədə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Bu gün Azərbaycanın Rusiyanın elektrik enerjisindən asılılığı yoxdur.

Onun sözlərinə görə, rusiyalı energetiklərlə Bakıda aparılmış danışıqlar zamanı idxala olan tarifin 1 kVt/saat üçün 3,636 sentdən 1 kVt/saat üçün 3,4 sentə qədər aşağı salınması ilə bağlı ilkin razılıq əldə olunub. Lakin daha sonra Rusiya tərəfi bu dəyişikliyi təsdiqləmədi, bunun da nəticəsində idxal dayandırılıb.

Hazırda Rusiya və Azərbaycan sıfır səviyyəsindən qiymətlərin razılığına qədər enerji mübadiləsini davam etdirir. Çatdırılan Rusiya elektrik enerjisinin həcmi eyni miqdarda qaytarılır.

Elektrik enerjisinin çatdırılması üzrə müqavilə 2007-ci il üçün nəzərdə tutulub. Lakin tariflər yalnız birinci kvartal üçün qəbul olunub. Birinci kvartalda Rusiyadan Azərbaycana elektrik enerjisinin idxalı 2006-cı ildə tətbiq olunan tarif - 1 kVt/saat üçün 3,636 sent üzrə həyata keçirilib. Azərbaycan elektrik enerjisinin Rusiya üçün satış qiyməti 1 kVt/saat üçün 1,58 sentdən 1,8 sentədək artırılıb. Pik saatlarında (axşam saat beşdə) Azərbaycanda elektrik enerjisinin defisiti müşahidə olunanda Rusiya Azərbaycana 200 MVt gücündə elektrik enerjisi verir.

Elektrik enerjisinin idxal və ixrac tarifinin müxtəlifliyi xüsusi əmsalın tətbiqi ilə izah olunur. Əmsal günorta, gecə və pik saatlarından asılı olaraq fərqlənir. Günorta vaxtı əmsal 1-ə, gecə - 0,7 və pik saatlarında 1,6-1,7-yə bərabərdir. Azərbaycan elektrik enerjisini pik saatlarında alır və gecə saatlarında qaytarır.

Xəbər lenti

Xəbər lenti