...

Mart ayında Azərbaycanda koks istehsal olunmayıb

Energetika Materials 7 Aprel 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar - mart aylarında "Heydər Əliyev adına" neft emalı zavodunda (keçmiş "Azneftyanacaq") 2,61 min ton neft koksu istehsal olunub. Bu ilin birinci kvartalında neft koksunun istehsalı proqnozlaşdırılmayıb. Bu barədə məlumatı ARDNŞ-dən veriblər. Yanvar və fevral aylarında onun istehsalı az miqdarda olsa da mart ayında tamamilə dayandırılıb. Aprel-may aylarında qış mövsümünün qurtarması ilə əlaqədar istehsalın yenidən başlayacağı gözlənilir.

Yanvar-fevral aylarında ölkədə neft koksunun istehsalı 17,67 min ton (87,9 faiz) ötən ilin müvavfiq dövründən az olub.

Ümumilikdə 2006-cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə isə müəssisələrdə neft koksu istehsal olunmayıb. Azərbaycanda ishtehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti