...

Qazaxıstanda neft hasilatı artırılıb

Energetika Materials 16 Aprel 2007 13:36 (UTC +04:00)

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Qazaxıstanda 2007-ci ilin yanvar-mart aylarında bitum minerallarından alınan neft də daxil olmaqla 13487,3 min ton xam neft və 3033,8 min ton qaz kondensatı hasil olunub. Bu, müvafiq olaraq 2006-cı ilin yanvar-martı ilə müqayisədə 7,8% və 21,9 faiz çoxdur. Bu barədə statistika üzrə dövlət agentliyindən məlumat verilib.

Bu dövr ərzində 7373,5 mln. kub metr təbii qaz (uyğun olaraq 23,1% çoxdur) hasil olunub, bu barədə agentlikdən bildirilib. Agentliyin məlumatına əsasən, həmçinin qazaoxşar halda təbii qazın hasilatı 4246,1 mln. kub metr (27,9% çox), onun məhsul buraxılışı isə 2252,7 mln. kub metr (9,4% az) təşkil edib. Neftli səmt qazının göstərilən dövrdə hasilatı 3127,4 mln. kub metr (17,2% çox) təşkil edib.

Xəbər lenti

Xəbər lenti