...

Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri: Təhsilə qoyulan investisiya effektiv nəticələr verəcək

Energetika Materials 18 Aprel 2007 18:35 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri: Təhsilə qoyulan investisiya effektiv nəticələr verəcək

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova/Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Almaniyanın Akademik Mübadilə Fondu DAAD-la 10 tələbənin Almaniyaya təhsil almaq üçün göndərilməsi barədə saziş imzalayıb. Keçən il beş azərbaycanlı tələbə ABŞ və Böyük Britaniyaya göndərilib.

"ADNŞ-ə peşəkarlar, əsasən də hüquq və iqtisadiyyat sahəsində peşəkarlar lazımdır. Yeni avadanlıqlarla işləmək üçün mütəxəssislər lazımdır", deyə sazişin imzalanma mərasimində ADNŞ rəhbəri Rövnəq Abdullayev bildirib. Hazırda Almaniyaya göndərilən hər bir tələbəyə 16300 manat vəsait qoyulub.

"Təhsilə qoyulan istənilən investisiya effektiv nəticələrini verəcək. Təhsilə qənaət etmək olmaz", - deyə ADNŞ rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti