...

Azərbaycan neftinin qiyməti artdı

Energetika Materials 21 Aprel 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan-nın 20

aprel tarixi üçün qiyməti 1 barrel üçün 65,30 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar çoxdur.

AZERI LT CIF Augusta növünün 20 aprel tarixinə qiyməti isə 1 barrel üçün 66,54 dollara bərabər olub. Bu isə əvvəlki qiymətdən 0,31 dollar artıqdır.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Bu layihədə operator rolunda "bp" şirkəti çıxış edir. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanına çatdırılır. APİ üzrə Azeri Light növünün sıxlığı 34,8 dərəcə təşkil edir, kükürdün miqdarı isə 0,15 faizə bərabərdir.

Aprelin 20-də URAL (EX-NOVO) neftinin qiyməti 1 barrel üçün 61,63 dollar təşkil edir. Bu öncəki qiymətdən 0,35 dollar artıqdır.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti, Azeri Light növü daxil olmaqla, Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 30,4-31,85 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,8 faizə bərabərdir.

Brent Dated neftinin 20 aprel tarixinə qiyməti 1 barrel üçün 65,90 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,15 dollar aşağıdır. APİ üzrə Brent Dated neftinin sıxlığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizə bərabərdir.

Xəbər lenti

Xəbər lenti