...

AİB-in Azərbaycanda alternativ enerji mənbələrinin tətbiqi ilə bağlı layihəsinin dəyəri dəyişib

Energetika Materials 1 May 2007 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Noyabr-dekabr aylarında Asiya İnkişaf Bankının (AİB) məsləhətçisi Entec İsveçrə-Hindistan konsorsiumu Azərbaycanda alternativ enerji mənbələrinin tətbiqi ilə bağlı layihənin hazırlanmasını başa çatdıracaq. Bu barədə çərşənbə axşamı bankın Bakı nümayəndəliyindən məlumat verilib.

Asiya Bankı bu istiqamətdə Multitranche Financing Facility mexanizmi çərçivəsində nəqliyyat layihələrində olduğu kimi deyil, indiyə qədər mövcud olan maliyyələşdirmə formalarından istifadə edəcək. Bu onunla əlaqədardır ki, Azərbaycan böyük ölkə deyil və alternativ elektrik enerjisi mənbələrinin tətbiqi üçün çox sayda layihə lazım deyil.

İlkin qiymətləndirməyə əsasən, layihənin dəyəri 30 mln. dollar müəyyənləşdirilsə də, əvvəlcə o, 45 mln dollara qədər artırılmışdı. Kreditin bir hissəsinin güzəştli şərtlərlə veriləcəyi gözlənilir. Amma yekun razılıq hələ əldə olunmayıb.

Yenilənən enerji mənbələrinin inkişaf potensialı və fərqli yolların müəyyən olunması məqsədilə 900 min dollar ayrılıb. Bu vəsaitin 200 min dolları Finlandiya hökuməti, 500 min dolları AİB tərəfindən qrant şəklində və 200 min dolları Azərbaycan hökuməti tərəfindən ayrılıb. Qrant razılaşmasının imzalanması 26 may 2006-cı ildə baş tutub.

Layihənin əsas məqsədi ölkə regionlarının külək enerjisi, minihidro və günəş elektrik enerjisindən istifadə olunmaqla alternativ enerji ilə təmin olunmasıdır. Bu regionlarda kənd təəsərrüfatına yardım üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti