...

Gəncədə qaz istehlakına görə yığım 45 faizdən çox olub

Energetika Materials 3 May 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Aprel ayında Gəncədə istehlak olunan qaza görə yığılan pulun miqdarı 46,5 faiz təşkil edib. Bu barədə Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Adil Bağırov məlumat verib.

Onun sözlərinə görə, aprel ayında əhalidən 339 min manat vəsait toplanılıb. Bu, ötən ayla müqayisədə 30 min manat çoxdur. Bağırov bildirib ki, aprel ayında ödmələrdə 62 min abunəçidən 38 500 nəfər (62,4 faiz) iştirak edib,

Bağırov qeyd edib ki, qaz istehlakına görə yığımın artmasına aprelin 19-da Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun Qaz İstismarı İdarəsinin bəzi işçilərinə ciddi xəbərdarlıq etməsi də təsir göstərib.

İdarə rəisi həmçinin əlavə edib ki, ötən ay ən az yığım müşahidə olunmuş I və IV sahədə göstəricilər xeyli artıb.

Xəbər lenti

Xəbər lenti