...

Britaniyalı müşavir: Azərbaycan Avropa üçün mühüm potensiallı neft –qaz mənbəyidir

Energetika Materials 10 May 2007 16:26 (UTC +04:00)
Britaniyalı müşavir: Azərbaycan Avropa üçün mühüm potensiallı neft –qaz mənbəyidir

Qazaxıstan, Astana/ Trend xüsusi müxbir K.Konırova/ Böyük Britaniyanın Xəzər regionunun energetika məsələləri üzrə hökumət müşaviri Anqus Millerlə müsahibə

- Azərbaycanla müzakirələrin mərkəzində hansı məsələlər dayanır?

- Mən Azərbaycana daim səfər edirəm. Səfərlərimdə müzakirələrin mərkəzində iqlim dəyişikliyi və energetika məsələləri dayanır. Ola bilsin ki, bu, kimin üçünsə sürpriz olsun, amma iqlim dəyişikliyi və karbohidrogen mənbələrinin azalması faktdır.

Azərbaycan da bütün enerji ehtiyatları istehsal edən ölkələr kimi karbohidrogen yanacağı ehtiyatlarının özü tərəfindən idarə olunmasında maraqlıdır və yenilənən enerji mənbələrinin axtarışındadır. Bu mənim səfərim zamanı yalnız dövlət nümayəndələri ilə deyil, eyni zamanda investor şirkətlər, həmçinin xarici və yerli şirkətlərlə müzakirə olunan əsas məsələlərdir.

- Bu gün Azərbaycan və Böyük Britaniya arasında olan əlaqələrin səviyyəsi iki ölkənin maraqları və potensialına cavab vebrirmi?

- Birləşmiş Krallığın perspektivləri nöqteyi-nəzərindən iki ölkə arasında energetika məsələləri ilə bağlı sağlam və sürəkli dialoq mövcuddur. Britaniya şirkətləri Azərbaycanda əsas investorlardan biridir.

Britaniyanın Azərbaycanla dost münasibətləri mövcuddur, xüsusilə də energetika ilə bağlı məsələlərdə.

Bu münasibətlər enerji istehsalı və ixracın artırılması ilə paralel olaraq inkişaf edir. İki ölkə arasında yaxşı əlaqələr qurulub. Üstəlik Böyük Britaniya da Azərbaycan kimi mühüm enerji hasilatçısıdır, ancaq onu daha az həcmdə ixrac edir.

Mənim Bakıya növbəti səfərim iyunun əvvəlində baş tutacaq. Mən illik neft-qaz konfransında iştirak etməyə hazırlaşıram və konfransda spikerlərdən biri olacağam.

- Böyük Britaniya Azərbaycana Avropa İttifaqına inteqrasiya etməkdə necə kömək edə bilər? Avropa İttifaqı Cənubi Qafqaz ölkələrini öz sıralarına qəbul etməyə hazırdırmı və region ölkələrinin özləri buna nə dərəcədə hazırdır?

- Böyük Britaniya hökuməti Avropa İttifaqının genişlənməsini dəstəkləyir. Ona görə ki, Aİ birləşmiş ölkələrə stabillik və çiçəklənmə gətirir. Avropa İttifaqı üzv ölkələrə ümumi maraqlar üçün bir yerdə işləmək imkanı verir. Hər bir ölkə və onun xalqı qərar verməlidir ki, Aİ-yə üzv olmaq onların məqsədləridirmi. Avropa İttifaqına qatılmaq istəyən ölkələr üçün tələblər mövcuddur və hər bir ölkə bu tələblərə cavab verməlidir.

- Energetika sahəsi Avropa qitəsində stabillik, inteqrasiya, beynəlxalq siyasət və təhlükəsizlikdə mühim faktordur. Bu faktor Azərbaycanı regionun lideri edə bilər?

- Böyük Briyaniyaynın mövqeyincə, Azərbaycan etibarlı investisiya alıcısı, Avropa və bütün dünya bazarları üçün mühüm potensiallı neft-qaz məbəyidir. Böyük Britaniya energetika məhsullarının dünya bazarlarına düzgün və ədalətli çatdırılmasında sadiq tərəfdaş kimi qalmaqda davam edir.

Azərbaycan beynəlxalq eneregetika bazarına çıxmaq üçün Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərinin tikintisi ilə, Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünə qoşulmaqla, həmçinin ölkə daxilində investisiyalara yardım və onları qorumaqla öz üzərinə böyük öhdəliklər götürüb.

Bu yolla Böyük Britaniya Azərbaycanı ixrac hüquqlarını öz qonşuları ilə, xüsusilə Türkiyə və Gürcüstanla müdafiə edən bir ölkə kim tanıyır.

Xəbər lenti

Xəbər lenti