...

Ekspert: "XBKK boru kəmərinin 40 milyon tonadək genişləndirilməsi iqtisadi cəhətdən cəlbedici deyil"

Energetika Materials 11 May 2007 15:55 (UTC +04:00)
Ekspert: "XBKK boru kəmərinin 40 milyon tonadək genişləndirilməsi iqtisadi cəhətdən cəlbedici deyil"

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) ildə 23 mln. tondan 40 mln. tonadək genişləndirilməsi iqtisadi cəhətdən effektli deyil.

Cümə günü "Kommersant" qəzetinin siyasi-iqtisadi şöbəsinin rəhbəri, ekspert Azər Mürsəlimovun bildirdiyinə görə, boru kəmərinin effektli işi üçün onun gücünün minimum iki dəfə artırılması lazımdır.

XBKK-nin gücünün ildə 40 mln. tonadək artırılması barədə bu həftə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib.

XBKK-nin pasport gücü ildə 28 mln. ton neft təşkil edir. 2006-cı ildə boru kəməri vasitəsilə 31,1 mln. ton neft ötürülüb. Ötürülmənin artırılması boru kəmərində kimyəvi reagentlərin istifadəsi hesabına mümkün olub. XBKK-nin layihə gücü layihənin sonuncu mərhələsində ildə 67 mln. ton neft təşkil etməlidir.

Mürsəlimovun sözlərinə görə, XBKK-nin gücünün iki dəfə artırılması nefr ixracının coğrafiyasının genişləndiriməsinə imkan verərdi.

"O zaman neftin bir hissəsi XBKK vasitəsilə Burqas -Aleksandrupolis, digər hissəsi isə Odessa-Brodı boru kəməri vasitəsilə ötürülə bilər" - deyə ekspert qeyd edib.

XBKK neft kəməri Qazaxıstanın "Tengiz" yatağından Novorossiysk limanına qədər uzanır. "Tengiz" yatağının işlənməsi üzrə operator qismində Amerikanın "Chevron" şirkəti başda olmaqla "TengizŞevroil" konsorsiumu çıxış edir.

Türkmənistan qazının Rusiya ərazisi vasitəsilə nəql oluna biləcəyi Xəzəryanı qaz kəmərinin tikintisi imkanına gəldikdə, Mürsəlimov bildirib ki, bu gün Mərkəzi Asiya istehsalçılarının qazının əsas hissəsi Avropaya Rusiya vasitəsilə nəql olunur. Rusiya tərəfi qazı sərhəddə alır və onu Avropaya satır. Mərkəzi Asiya ölkələri bu prosesdə iştirak etməkdə və Avropa ölkələrinə qaz satışından əldə olunan gəlirin bir hissəsinin alınmasında maraqlıdır.

"Qazı sərhəddə alıb Avropaya nəql edə biləcək Rusiya ilə birgə şirkətin yaradılması imkanı barədə artıq Qazaxıstan tərəfindən təklif olunub" - deyə o bildirib.

Lakin bu cür şirkətlərin yaradılması imkanına baxmayaraq, RF ərazisində "Qazprom"un inhisarında olan qaz nəqlində inhisarçılıq məsələsi qalır. Beləliklə, Mərkəzi Asiya istehsalçıları arasında istər-istəməz şəxsi qazının çatdırılması marşrutlarının diversifikasiyası məsələsi yaranır.

Xəbər lenti

Xəbər lenti