...

Türkiyə Azərbaycandan qaz idxalına hazır olduğunu bildirib

Energetika Materials 23 May 2007 18:43 (UTC +04:00)
Türkiyə Azərbaycandan qaz idxalına hazır olduğunu bildirib

Azərbaycan,Bakı/ Trend / "Türkiyə "Şahdəniz" yatağından Cənubi Qafqaz qaz kəməri vasitəsilə təbii qazı qəbul etməyə hazırdır" - deyə Türkiyənin "Botas" boru kəmər şirkətinin baş icraçı direktoru Saltuk Düzyol bəyan edib. Bu barədə "Reuters" agentliyi məlumat verib.

"Türkiyə "Şahdəniz" yatağından qaz qəbul etməyə 100 faiz hazırdır" - deyə o bildirib.

Cənubi Qafqaz qaz kəməri vasitəsilə hazırda "Şahdəniz" yatağından qaz Gürcüstan və Azərbaycana çatdırılır.

"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-ci il tarixində imzalanıb. Müqavilənin iştirakçıları: "BP" (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz, ADNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti