...

ARDNŞ dəniz yatağında yeni quyu qazıb

Energetika Materials 25 May 2007 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) "Ələt-dəniz" yatağında yeni quyunu istismara verib. Bu barədə cümə günü ARDNŞ-dən məlumat veriblər.

Quyunun dərinliyi 3480 metrə bərabərdir. Səkkizinci üfüqdən quyu sutkada 70 ton neft və 65 min kubmetr qaz verir. Quyu "Bayıl limanı" dəniz qazıntı-kəşfiyyat işləri idarəsi tərəfindən qazılıb.

"Ələt-dəniz" yatağı 1986-ci ildən istismar olunur. Yataqda 14 quyu var. Bütün quyular dəniz özüllərində yerləşir.

Geoloqların qiymətləndirməsinə görə, yataqdan çıxarılan neft ehtiyatı 1,8 mln. tona bərabərdir. Hazırda yataqda qazılmaq üçün daha bir neçə yer hazırlanıb.

Xəbər lenti

Xəbər lenti