...

Yaponiya Azərbaycan neftinin idxal həcmlərini elan edib

Energetika Materials 31 May 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Yaponiya apreldə 257 min ton Azərbaycan nefti idxal edib. Bu da mart göstəricisindən 98,9 faiz çoxdur. Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat verib.

Apreldə neftin daha böyük həcmi Yaponiya və Səudiyyə Ərəbistanı tərəfindən idxal olunub - 4,4 mln. ton. Bu da mart göstəricisindən 8,8 faiz azdır. Yaponiyaya daha az həcm Sinqapurdan idxal olunub - 11 min ton neft.

Azərbaycan nefti Bakı-Supsa boru kəməri ilə çatdırılan Gürcüstanın Supsa limanından ixrac olunur. Hazırda bu boru kəmərində ilin sonunda başa çatacaq təmir işləri aparılır. Neft həmçinin Bakıdan dəmir yolu vasitəsilə çatdırılan Gürcüstanın Qara dəniz limanı - Batumi limanından ixrac olunur.

Başqa ixrac marşrutu nefti Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Bu marşrut 2005-ci ildən işləyir.

Xəbər lenti

Xəbər lenti