...

NABUCCO layihəsinin reallaşdırılmasının əsas faktoru resurslardır

Energetika Materials 1 İyun 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/ NABUCCO layihəsinin reallaşdırılması üçün ən əsas faktor resurslardır. Bu barədə bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

"Hələ ki, istehsalçı tərəflərin qazın müəyyən hissəsinin NABUCCO layihəsinə verilməsi niyyətlərini təsdiqləyən ilkin sənədlər yoxdur və onlar müəyyən ilə qədər həcmlərini təqdim etmək üçün hər hansı bir hüquqi öhdəlik qəbul edənə qədər bunların hamısı danışıqlar səviyyəsində qalacaq", - deyə N.Əliyev bildirib.

Dövlət başçılarının siyasi iradəsi var. Bu iradəyə əsaslanaraq bu ölkələrdə işləyən şirkətlər öhdəliklər təqdm etməlidir, maliyyə təsisatları bu layihənin səmərəliliyinə əsaslanaraq fikir bildirməli və onu maliyyələşdirməyə hazır olduqları barədə bəyan etməlidir. Bu layihəyə ehtiyacı olan ölkələr ilk növbədə müvafiq sənədləri və bütün istiqamətlər üzrə texniki-iqtisadi əsaslandırmanı hazırlamalıdır, deyə nazir vurğulayıb.

"NABUCCO layihəsində Xəzər regionu əsas qaz tədarükçüsü deyil, yalnız budaqlardan biri kimi nəzərdən keçirilə bilər", - deyə N.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti