...

Azərbaycan Dövlət Neft Şirkəti mazut ixracını bərpa edib

Energetika Materials 4 İyun 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) mazut ixracını bərpa edib. Mazut ixracı bu yanacaq növünün elektrik enerjisinin alınması üçün istifadə olunması səbəbindən dayandırılmışdı. Mayda 61,563 min ton mazut ixrac olunub. Bu barədə bazar ertəsi ADNŞ-dən məlumat verilib.

ADNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 2007-ci ilin yanvar-mayında Azərbaycanın neft emalı zavodlarından 978 min 609 ton neft məhsulu ixrac olunub. Mayda apreldəki 207 min tona qarşı 283,4 min ton neft məhsulları ixrac olunub.

2007-ci ilin mayında ixracın ümumi həcmindən ən çox dizel yanacağanın payına düşüb - 108,048 min ton. Mayda həmçinin 65 min ton avtomobil benzini, 40,9 min ton aviasiya nefti, 3,19 min ton sürtkü yağı və 4,642 min ton bitum ixrac olunub.

Azərbaycan Dövlət Neft Şirkətinin neft məhsullarının ixrac cədvəli:

Neft məhsulu May- 2007 /min ton Yanvar-may -2007/min ton
Dizel yanacağı 108,048 570,797
Mazut 61,563 61,563
Avtomobil benzini 65 141,627
Aviasiya benzini 40,9 176,589
Nafta
Sürtkü yağları 3,19 12,044
Bitum 4,642 15,989
Xəbər lenti

Xəbər lenti