...

"Azərenerji" modul elektrik stansiyasının tikintisi üçün hazırlıqları başa çatdırıb

Energetika Materials 4 İyun 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azərenerji" SC Səngəçalda 300MVt gücündə modul elktrik stansiyasının tikintisi üçün hazırlıq işlərini başa çatdırıb. Bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu işlər zamanı su xətti ləğv olunub və iki altı kilovoltluq elektrik ötürücü xətti köçürülüb. Bütün işlər başa çatdırldıqdan sonra ərazi tikinti üzrə podratçı olan fin şirkəti "Wartsila"ya verilib. Tikintinin 2008-ci ilin payızı üçün başa çatdırılması planlaşdırılır.

Bu ilin sonuna üç yeni modul elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Digər stansiyalar 2008-ci ildə işə salınacaq. Tikinti işlərində həmçinin İisveç-İsveçrə şirkəti "ABB" də iştirak edəcək. Tikintinin başa çatma tarixi 2008-ci ilin sentyabrına təyin olunub.

"Wartsila" Səngəçaldakı stansiyada qazdan mazuta keçid üçün yeni texnologiya təklif edib ki, bu da prosesi əhəmiyyətli dərəcədə sürətləndirir. Daha öncə şirkət keçid müddətini 24 saat təklif edirdi, hazırda bu müddət yarım saata qədər azaldılıb.

Səngəçalda yeni enerjigenerasiya güclü stansiyanın tikilməsi Abşeron yarımadasının keyfiyyətli və fasiləsiz enerji ilə təmin olunması üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti