...

Azərbaycan Dövlət Neft Şirkəti ölkənin Beynəlxalq Bankının kreditini ödəməyə başlayıb

Energetika Materials 5 İyun 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Azərbaycan Beynəlxalq Bankına 60 mln. dollar kredit üzrə ilk ödənişi ödəyib. Bu barədə çərşənbə axşamı ADNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bəyan edib.

İlkin ödəniş 10 mln. dollar təşkil edib. Kredit altı ayda bir dəfə ödəmə ilə qaytarılacaq. Bu kredit "Bahar" və "Neft Daşları" yataqları arasında sualtı qaz kəmərinin tikintisi üçün alınmışdı.

Qasımovun qeyd etdiyi kimi, Azərbaycan Dövlət Neft Şirkəti Beynəlxalq Bankdan Səngəçal-Hacıqabul qaz kəmərinin tikintisi üçün 100 mln. dollar həcmində daha bir kredit alıb. Bu qaz kəməri "Şahdəniz" yatağından qazın milli qaz nəqliyyatı sisteminə qəbulu üçün hesablanıb. Kredit həmçinin dənizdə qaz quyularının qazılması, "Azneft" İB üçün avadanlıqların alınması üçün də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti