...

Azərbaycan Dövlət Neft Şirkəti 2007-ci il üçün neft məhsulları istehsalı planını açıqlayıb

Energetika Materials 5 İyun 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın yanacaqla təmin olunması problemini həll etmək üçün Dövlət Neft Şirkəti (ARDNŞ) qaz hasilatının artırılması ilə bağlı proqram hazırlayıb. Bu barədə çərşənbə axşamı Dövlət Neft şirkətinin emal üzrə vitse-prezidenti Davud Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 2008-ci ildə ölkə 8 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır.

"Bizim hesablamalarımıza görə, qazın bu cür hasilatı ilə NEZ-lərdə 6-6,5 mln. ton neft emal etmək ölkə üçün yetərli olacaq, qalan həcmi isə idxal etmək mümkün olacaq",-deyə Məmmədov hesab edir.

Kənd təsərrüfatı sahəsinin tələbatını ödəmək üçün az həcmdə mazut istehsalı lazımdır. Strateji mazut ehtiyatları yaz-yay mövsümündə ehtiyatların toplanması üçün - yeraltı qaz anbarlarına, payız-qış mövsümündə isə elektrik stansiyalarının tələbatı üçün sərf olunur.

Bakı neft emalı zavodlarıında bu il plan üzrə 8 mln. ton neft məhsulu emalı gözlənilirdi, amma Məmmədovun fikrincə, bu rəqəm bir az az olacaq - 7,7 - 7,8 mln. ton və yalnız ölkənin daxili təlabatı üçün yox, eyni zamanda qismən ixrac üçün istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti