...

Norveçin neft və energetika nazirinin müavini: "EITI üzrə Azərbaycanda aparılan işlər dünya səviyyəsində yüksək qiymətləndirilir"

Energetika Materials 8 İyun 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Azərbaycanda Emal Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) üzrə aparılan işlər dünya səviyyəsində yüksək qiymətləndirilir. Bu barədə Norveçin neft və energetika nazirinin müavini Anitu Utsen Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovla görüşdə bildirib.

Dövlət Neft Fondunda keçirilən görüşdə Azərbaycan və Norveç neft fondlarının fəaliyyətlərinin oxşar tərəfləri müzakirə olunub.

Mövsümov Azərbaycan Dövlət Neft Fondunun fəaliyyəti barədə, həmçinin mineral resursların istehsalı ilə məşğul olan müəssisələrdə şəffaflıq təşəbbüsünün tətbiqi prosesi barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti