...

Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında yeni idarə yaradılıb

Energetika Materials 8 İyun 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/ Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət qaz nəzarəti haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında qanunu təsdiq edib.

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə tapşırılıb ki, 2007-ci ilin dövlət büdcəsinin əsas xərclərinin bölgüsündə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Qaz Nəzarəti İdarəsinin xərclər smetasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin.

İdarə neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı, qaz təchizatı (istehsalı, emalı, saxlanması, nəqli, paylanması, mayeləşdirilməsi və istifadəsi), satışı, həmçinin sənaye və istehlakçı qaz qurğularının, avadanlıqların, kəmərlərin və digər obyektlərin layihələndirilməsi ilə məşğul olacaq.

Bu idarə Azərbaycanın Sənaye və Energetika Nazirliyi yanında fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti