...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 14 İyun 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan-nın iyunun 13-də qiyməti 1 barrel üçün 69,48 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,09 dollar yüksəkdir. Bu barədə cümə axşamı Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər.

AZERI LT CIF Augusta növünün iyunun 13-də qiyməti 1 barrel üçün 70,37 dollara bərabər olub. Bu isə əvvəlki qiymətdən 0,94 dollar artıqdır.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Bu layihədə operator rolunda "BP" şirkəti çıxış edir. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır. APİ üzrə Azeri Light növünün sıxlığı 34,8 qradus təşkil edir, kükürdün mövcudluğu isə 0,15 faizə bərabərdir.

İynunun 13-də URAL (EX-NOVO) neftinin qiyməti 1 barrel üçün 65,94 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,87 dollar yüksəkdir.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 30,4-31,85 qradus təşkil edir, kükürdün mövcudluğu isə 1,8 faizə bərabərdir.

Brent Dated neftinin iyunun 13-nə qiyməti 1 barrel üçün 69,77 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 1 dollar artıqdır. APİ üzrə Brent Dated neftinin sıxlığı 38,3 qradus, kükürdün mövcudluğu isə 0,36 faizə bərabərdir.

Xəbər lenti

Xəbər lenti