...

İlham Əliyev: Azərbaycan qaz hasilatını artırmağa hazırdır

Energetika Materials 18 İyun 2007 13:11 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan qaz hasilatını artırmağa hazırdır

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Növbəti il Azərbaycanda neft hasilatı 50 mln. tonu ötəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın Nikkey ("Nihon Keydzay Shimbun") qəzetinə müsahibəsində bildirib. 2010-cu ildə neft hasilatı 65 mln. ton təşkil edəcək.

Əliyevin sözlərinə görə, 2008-ci ildə qaz hasilatının həcmi 16 mlrd. kubmetr təşkil edəcək. "Əgər Azərbaycan qazına əlavə tələbat yaranarsa, biz bu tələbatı ödəmək üçün hasilatı artıracağıq",-deyə Azərbaycan prezidenti bildirib.

"Azəri-Çıraq-Günəşi" yatağı blokunda neft ehtiyatları 1,2 mlrd. tondan çox qiymətləndirilir. İlham Əliyev qeyd edib ki, "Şahdəniz" qaz-kondensat yatağında və digər yataqlarda qaz ehtiyatları 1,5 trln. kubmetr həcmində qiymətləndirilir.

Azərbaycan prezidenti bildirib ki, bir müddət öncə ölkə NABUCCO layihəsində iştirak etmək təklifi alıb. Hazırda bu məsələyə baxılır. Bu layihədə Türkiyə, Bolqarıstan, Rumıniya, Avstriya, Macarıstan iştirak edəcək.Ölkə ərazisindən Qazaxıstan və Türkmənistanın enerji daşıyıcılarının mümkün tranzit nəqli ilə bağlı suala cavab verərkən Əliyev bildirib ki, Azərbaycan öz infrastrukturunu bu ölkələrə təqdim etməyə hazırdır.

"Bizim Avropa və dünya bazarlarına neft və qaz nəqli üçün müasir lazımı infrastrukturumuz var",-deyə prezident söyləyib.

Xəbər lenti

Xəbər lenti