Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Nef Şirkəti (ARDNŞ) və "Kazmunayqaz" QSC Türkiyənin Petkim kimya holdinqinin özəlləşdirilməsində birgə iştirak etmək barədə razılığa gəliblər. Bu barədə cümə günü ARDNŞ-dəki mənbədən məlumat verilib.
"Əgər tərəflər kimya holdinqinin özəlləşdirilməsi üzrə müsabiqədə qələbə qazanarlarsa, idarəçilik birgə həyata keçiriləcək",-deyə mənbə bildirib.
Qeyd edək ki, Petkim holdinqin 51 faiz dövlət payının alınması üçün ARDNŞ-lə yanaşı Turcas Petrolculuk AS, Zorlu, Anadolu, Ulker və Indian Oil Corp şirkətləri də müraciət ediblər. Holdinqin bazar qiyməti 700 mln dolları ötür.