...

Dövlət Neft Şirkətinin rəhbəri: Türkiyə bu il 3 milyard kubmetr Azərbaycan qazı ala bilər (video)

Energetika Materials 3 İyul 2007 19:03 (UTC +04:00)
Dövlət Neft Şirkətinin rəhbəri: Türkiyə bu il 3 milyard  kubmetr Azərbaycan qazı ala bilər (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu il Türkiyəyə "Şahdəniz" yatağından 2,8 mlrd. kubmetr qaz tədarük olunması planlaşdırılır. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, həcmin son miqdarı ilin yekunlarına əsasən müəyyən olunacaq, çünki Türkiyə Azərbaycandan qaz idxalında ləngiyib. Hazırda "Şahdəniz" yatağında sutkalıq 20 mln. kubmetr potensiala malik olan üç quyu fəaliyyətdədir.

İyulun 1-nə olan məlumatlara əsasən, "Şahdəniz" yatağından 700 mln. kubmetrdən çox qaz hasil olunub. Bu həcmin 538,7 mln. kubmetri Azərbaycana, 101 mln. kubmetri Gürcüstana, 44,2 mln. kubmetri isə BTC Co boru kəməri şirkətinə verilib. Şirkət Bakı-Tiflis-Ceyhan kəmərinin nasos stansiyalarında yanacaq qismində qazdan istifadə edir.

Xəbər lenti

Xəbər lenti