...

Rumıniya prezidenti: "Mən Azərbaycan Dövlət Neft Şirkətinin bizim ölkəmizdə effektiv fəaliyyəti üçün hər bir şəraiti yaratmağa hazıram"

Energetika Materials 13 İyul 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Rumıniya prezidenti Trayan Basesku Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi qəbul edib. Bu barədə cümə günü ARDNŞ-dən xəbər verilib.

"Mən sizin şirkətinizin bizim ölkəmizdə effektiv fəaliyyət göstərməsi üçün hər bir şəraiti yaratmağa hazıram" - deyə Basesku görüş çərçivəsində bildirib.

Onun sözlərinə görə, Rumıniya Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir. Rumıniya prezidenti Avropanın energetika təhlükəsizliyində respublikanın mühüm rolunu qeyd edib.

ARDNŞ rəhbəri bildirib ki, onun rəhbərlik etdiyi şirkət Azərbaycan və Rumıniya arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq.

Abdullayev Rumıniyada ARDNŞ nümayəndəliyinin açılmasını qeyd edərək, Avropa Birliyi üzvü olan bu ölkə ilə əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Xəbər lenti

Xəbər lenti