Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-iyul aylarında Azərbaycanın neftayırma zavodlarında emal olunmuş neftin ümumi həcmi 4463,27 min ton təşkil edib. Bu göstərici ötən ilin müavafiq dövrü ilə müqayisədə 134,99 min ton azalıb. Bu barədə ARDNŞ-dən məlumat verilib.
Emal olunmuş neftin 28615,42 min tonu "Heydər Əliyev adına" BNEZ-in və 1647,85 min tonu isə "Azərneftyağ" NEZ-in payına düşüb. Ötən illə müqayisədə "Heydər Əliyev adına" BNEZ-də neft emalının həcmi 395,46 min ton, "Azərneftyağ" NEZ-də isə 530,45 min ton azalıb.
2007-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft və neft məhsullarının emalı:
İyul 2007 | Yanvar-iyul 2007 | Yanvar- iyul 2006 | Dəyişiklik tempi | ||
Fakt | Fakt | % | "+,-" | ||
Neft emalı - cəmi | 573,70 | 4463,27 | 4598,26 | 97,1 | -134,99 |
"Heydər Əliyev adına" BNEZ | 345,98 | 2815,42 | 2419,96 | 116,3 | 395,46 |
"Azərneftyağ" NEZ | 227,72 | 1647,85 | 2178,30 | 75,6 | -530,45 |
Benzin - cəmi | 98,01 | 751,38 | 726,98 | 103,4 | 24,40 |
- avtomobil benzini | 94,72 | 633,67 | 532,65 | 119,0 | 101,02 |
- nafta | 3,29 | 117,71 | 194,33 | 60,6 | -76,62 |
həmçinin kimya üçün | 3,28 | 117,70 | 164,37 | 71,6 | -46,67 |
ağ neft KO-20 - cəmi | 1,36 | 12,21 | 21,47 | 56,9 | -9,26 |
"Heydər Əliyev adına" BNEZ | 2,21 | 9,21 | 0,00 | 0,0 | 9,21 |
"Azərneftyağ" NEZ | -0,85 | 3,00 | 21,47 | 14,0 | -18,47 |
Dizel yanacağı-cəmi | 186,43 | 1239,04 | 1310,74 | 94,5 | -71,70 |
"Heydər Əliyev adına" BNEZ | 170,61 | 795,84 | 660,57 | 120,5 | 135,27 |
"Azərneftyağ" NEZ | 15,82 | 443,20 | 650,17 | 68,2 | -206,97 |
Soba mazutu-cəmi | 171,79 | 1378,09 | 1525,82 | 90,3 | -147,73 |
"Heydər Əliyev adına" BNEZ | 128,13 | 925,44 | 929,05 | 99,6 | -3,61 |
"Azərneftyağ" NEZ | 43,66 | 452,65 | 596,77 | 75,8 | -144,12 |
Sürtgü yağı | 2,22 | 29,52 | 35,28 | 83,7 | -5,76 |
Motor yanacağı DT- cəmi | 7,11 | 28,86 | 47,57 | 60,7 | -18,71 |