...

Səfir: Maldiv Azərbaycan nefti və neft məhsullarının idxalına maraq göstərir

Energetika Materials 20 Avqust 2007 18:22 (UTC +04:00)
Səfir: Maldiv Azərbaycan nefti və neft məhsullarının idxalına maraq göstərir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Maldiv Azərbaycan nefti və neft məhsullarının idxalına maraq göstərir. Bu marağı Azərbaycanın Maldiv Respublikasına yeni təyin olunmuş səfiri Tamerlan Qarayevlə görüşündə ölkə rəhbərliyi və hökumətinin rəsmi şəxsləri ifadə ediblər. Bu barədə məlumatı bazar ertəsi səfir Maledən telefonla bildirib.

Səfir bildirib ki, 2008-ci ildə bu sahədə ölkənin əvvəlki tərəfdaşları ilə köhnə müqavilələri başa çatır və Maldiv rəhbərliyi yeni tərəfdaşların axtarışında maraqlıdır.

Maldiv prezidenti, xarici işlər naziri və Dövlət Ticarət Təşkilatının baş direktoru ilə görüşdə səfir onları bu cür əməkdaşlığın perspektivləri barədə tam məlumatlandırıb.

Tərəflər həmçinin iki ölkənin müxtəlif qarşılıqlı faydalı sahələrdə gələcək əməkdaşlığı ilə bağlı informasiya mübadiləsi aparıblar.

Azərbaycan 2008-ci ildə 50 mln. ton neft hasil etməyi planlaşdırır. Neft Bakı-Tiflis-Ceyhan, Bakı Novorossiysk kəmərləri və Gürcüstanın Batumi limanına qədər dəmir yolu ilə ixrac olunur. Neft həmçinin illik gücü 20 mln. ton olan Bakın NEZ-lərində emal olunur.

Maldiv Respublikası - Hind okeanında 90 000 kv.km ərazidə 1 190 mərcan adasını əhatə edir. Maldivdə sənaye ənənəvi və müasir sahələrdən ibarətdir. Ənənəvi sahələr qayıq düzəltmə, həsir toxunulması, ip hörülməsi, dəmirçilik işi, kustar sənaye emalı və digər evə veriləçn sənaye sahələrindən ibarətdir. Onun iqtisadiyyatın digər turizm, nəqliyyat və tikinti sahələri ilə qarşılıqlı əlaqəsi bu sahəni gücləndirib. Ənənəvi sahələr çiçəklənməyə davam etdiyi vaxt, həmçinin bir çox yeni sənaye sahələri də var.

Əsas müasir sənaye sahəsi balıq konservləşdirilməsi, paltar predmetləri istehsalı, qayıq istehsalı, yuyucu mayelərin istehsalı, qazlı su istehsalı var. Nəqliyyat, energetika xidmətləri təqdim edən digər müəssisələr, kərpic istehsalı da müvafiq paya malikdir.

Xəbər lenti

Xəbər lenti