...

Rusiyalı analitik: "Azərbaycanda AES-in tikintisi 3 mlrd. dollara başa gələ bilər"

Energetika Materials 28 Avqust 2007 15:00 (UTC +04:00)
Rusiyalı analitik: "Azərbaycanda AES-in tikintisi 3 mlrd. dollara başa gələ bilər"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Çərşənbə axşamı Rusiyanın ATON investisiya şirkətinin elektroenergetika sahəsi üzrə analitiki Dmitriy Skryabinin bildirdiyinə görə, Azərbaycanda atom elektrik stansiyasının (AES) tikintisi 2-3 mlrd. dollara başa gələ bilər.

"Dəyər birbaşa olaraq AES-in gücündən asılı olacaq. Stansiya enerjinin bir kilovatına görə 2000-3000 dollara başa gələ bilər" - deyə o bildirib.

Cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun verdiyi məlumata görə, Azərbaycanda nüvə reaktorunun tikintisi ilə bağlı razılıq əldə olunub.

Mart ayında Azərbaycan hökumətinə AES-in tikintisi ilə bağlı təkliflər paketi təqdim olunub. Stansiyanın gücü 1500 mVt təşkil edə bilər. AES-in tikintisi məqsədilə Nəvai qəsəbəsində (Bakıya yaxın) ərazi təklif olunub. Bu ərazidə stansiyanın tikintisi hələ Sovet dövründən planlaşdırılıb.

Skryabinin sözlərinə görə, AES-i əhalinin qismən az məskunlaşdığı ərazilərdə tikmək lazımdır. Lakin müasir texnologiya atom elektrik stansiyası tikintisinin insan üçün təhlükəsiz olmasına imkan verir.

"Stansiyanı əlverişli yerdə tikmək lazımdır. Onu çox uzaq yerdə tikmək də düzgün deyil, belə ki, AES-dən şəbəkələr çəkmək lazım gələcək" - deyə analitik bildirib.

Atom elektrik stansiyasının tikintisi təxminən 3-4 il çəkə bilər.

Analitikin fikrincə, nüvə enerjisi gələcəyin enerjisidir, bu səbəbdən də neft və qaza olan qiymətlərin indikindən çətin ki ucuz olacağını nəzərə alaraq nüvə reaktorlarının tikintisi barədə düşünmək lazımdır.

"Əvvəllər nüvə enerjisinə neqativ yanaşan bir çox ölkələr, o cümlədən Almaniya nüvə reaktorlarının mümkün tikintisi ilə bağlı debatları brpa edirlər" - deyə Skryabin bildirib.

Xəbər lenti

Xəbər lenti