...

"Xalq Bank"ın plastik kartları "hesab.az"da ikiqat bonus qazandırmağa davam edir

Maliyyə Materials 1 Aprel 2019 16:05 (UTC +04:00)
Mart ayının 1-dən başlayaraq Xalq Bankın plastik kart sahibləri hesab.az-da ödəniş edərkən ikiqat bonus qazanırlar.
"Xalq Bank"ın plastik kartları "hesab.az"da ikiqat bonus qazandırmağa davam edir

Bakı. Trend:

Cari ilin mart ayının 1-dən başlayaraq Xalq Bankın plastik kart sahibləri hesab.az-da ödəniş edərkən ikiqat bonus qazanırlar.

Bankdan Trend-ə verilən məlumata görə, bunun üçün hesab.az səhifəsində qeydiyyatdan keçmək, kommunal xidmətlərin, stasionar və mobil rabitə operatorların, kabel televiziyası və internet provayderlərin ödənişlərini bu səhifə vasitəsilə həyata keçirmək kifayətdir.

Hər ödəniş zamanı qazanılan bonus xalı avtomatik olaraq 2 qat artır (təklif bank, sığorta və qeydiyyatsız ödənişlərə şamil olunmur).

Bundan əlavə, hesab.az istifadəçiləri ödənişləri müqabilində qazandıqları bonusları Xalq Bankın MasterCard Standard PayPass plastik kartına dəyişə bilərlər. Qeydiyyatdan keçmiş istifadəçilər “Dərhal dəyiş” bölməsinə daxil olaraq 20 000 bonus xalını ilkin mədaxilsiz, pulsuz MC Standard PayPass plastik kartına dəyişə bilərlər. Aksiya aprel ayının 30-dək qüvvədədir. Xalq Bankın plastik kartlarını bankın istənilən filialından əldə etmək mümkündür. Bankın kampaniya və aksiyaları, eləcə də plastik kartlar haqqında daha ətraflı məlumatı 138 Məlumat Mərkəzindən, eləcə də www.xalqbank.az saytından almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti