...

"Hesab.az"da çoxdan gözlənilən hərrac artıq başladı

Maliyyə Materials 15 Avqust 2019 15:00 (UTC +04:00)
Nəhayət ki, çoxdan gözlənilən hərrac artıq başladı.
"Hesab.az"da çoxdan gözlənilən hərrac artıq başladı

Bakı. Trend:

Nəhayət ki, çoxdan gözlənilən hərrac artıq başladı.

GoldenPay şirkətindən Trend-ə verilən məlumata görə, Hesab.az istifadəçilərinin səbirsizliklə gözlədiyi hərracda yüzlərlə dəyərli hədiyyələr öz qaliblərini gözləyir.

Dəyərli elektronik məhsullardan mobil telefonlar, DVD, Smart saatlar, yaddaş kartları kimi onlarla hədiyyə uğrunda həyəcanlı mübarizə gedir.

Artıq illərdi Hesab.az-da ödənişlərini həyata keçirib bonuslar qazanan istifadəçilər bonuslarını Dərhal dəyiş bölməsində maraqlı kampaniya və endirimlərə dəyişir yaxud hərrac zamanı qiymətli hədiyyələr uğrunda mübarizə aparırlar.

Siz də Hesab.az qazananlarından olmaq istəyirsinizsə qeydiyyatdan keçərək mobil tətbiq və ya veb üzərindən ödənişlərinizi həyata keçirməyiniz kifayətdir. Hesab.az-la hərzaman qazanan siz olun. Hərrac ilə bağlı ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz - bit.ly/306gYAw

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti