Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:
BMT 2021-2022-ci illərdə Azərbaycan iqtisadiyyatının ildə 2 faiz həcmində artımını proqnozlaşdırır.
Trend bu barədə BMT-nin "Dünyada iqtisadi vəziyyət və perspektivlər" hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında azalma koronavirus pandemiyasının təsiri nəticəsində 3,9 faiz səviyyəsində qiymətləndirilir.
Eyni zamanda, 2021-ci ildə Azərbaycanda inflyasiya 3,2 faiz səviyyəsində gözlənilir.