Bakı. Sədrəddin Ağcayev - Trend:
2021-ci ilin əvvəlindən Azərbaycanda kapital bazarına investisiyalar artıb.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının kapital bazarına nəzarət departamentinin direktor müavini Samir İsmayılov "Bravo" supermarketlər şəbəkəsinin istiqrazlarının yerləşdirilməsinə həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, bazarda təkcə səhmdarların deyil, həm də emitentlərin sayı artıb:
"Mərkəzi Bank bir tənzimləyici kimi korporativ qiymətli kağızlara böyük əhəmiyyət verir və strateji plana uyğun olaraq biz qarşıya qoyulan hədəfləri reallaşdırmaq üçün hüquqi əsas yaradırıq".
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)