...

"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır

Maliyyə Materials 8 Dekabr 2021 13:30 (UTC +04:00)
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır

Bakı. Sədrəddin Ağcayev - Trend:

"MasterCard" Azərbaycanda Mərkəzi Bank və digər banklarla əməkdaşlıqda nağdsız və təmassız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır.

Trend-in məlumatına görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanda "MasterCard" kartları ilə elektron kommersiya bir neçə dəfə artıb.

O əlavə edib ki, bu il "MasterCard" supermarketlərdə nağdsız ödənişlərin stimullaşdırılması üzrə layihə keçirib.

2018-ci ildə Azərbaycanda işə salınmış "MasterPass" müdafiə texnologiyası barədə danışan E.Çakar qeyd edib ki, bu texnologiya onlayn pulqablarında bank məlumatlarını etibarlı şəkildə qorumağa imkan verir.

"Bu həll, həmçinin internetdə ödənişlərin təhlükəsizliyini təmin edir və kart məlumatlarına kiberhücumların qarşısını alır. 2021-ci ildən başlayaraq ölkə vətəndaşları fiziki kartların mövcudluğuna ehtiyac duymur. "MasterCard" "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı, "Unibank" və "Bank Respublika" ilə birgə rəqəmsal kart buraxmağa və ani ödənişlərə keçmək imkanı verən layihə reallaşdırıb. Bu imkan "Android" platformasında smartfonlarda təqdim olunub. "iOS" platformasında biz "Apple Pay" işə salmışıq və artıq ölkənin bəzi obyektlərində kampaniyalar başlayıb", - deyə o, bildirib.

E.Çakar əlavə edib ki, "Apple Pay" vasitəsilə nağdsız ödəniş etməklə hər bir vətəndaş tərəfdaş şirkətlərin mağaza və onlayn platformalarında ödənişlərə görə beş manatadək vəsaiti geri qaytara bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti