...

“PAŞA Bank” risklərin idarə edilməsi sahəsində böyükmiqyaslı konfrans keçirəcək

Maliyyə Materials 28 Sentyabr 2022 11:33 (UTC +04:00)
“PAŞA Bank” risklərin idarə edilməsi sahəsində böyükmiqyaslı konfrans keçirəcək

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” növbəti dəfə böyükmiqyaslı tədbirə ev sahibliyi edəcək. Belə ki, Bank, ölkəmizdə ilk dəfə olaraq “Risklərin idarə edilməsi konfransı 2022” tədbirini keçirəcək.

Oktyabr ayının 5-də baş tutacaq bu konfransda şirkət daxilində risklərin idarə edilməsinin incəlikləri, yeni texnologiyaların gətirdiyi imkanlar və çağırışlar, gələcəkdə bizi gözləyən fürsətlər və təhdidlər müzakirə olunacaq.

Konfransın birinci hissəsi beynəlxalq şirkətlərin nümayəndələrinin qlobal və tənzimləyici risklərin idarə edilməsi, rəqəmsal risklərin tətbiqi və bir sıra digər mühüm mövzulara həsr olunan çıxışları, həmçinin panel müzakirələri ilə keçəcək.

Tədbirin ikinci hissəsində isə risk peşəkarlarının bələdçiliyi ilə praktiki sessiyalar təşkil olunacaq. Praktiki sessiyaların iştirakçıları öncədən qeydiyyat əsasında müraciət edən şəxslər sırasından seçiləcək.

Beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsi və işgüzar əlaqələrin qurulması imkanları baxımından “Risklərin idarə edilməsi konfransı 2022” ən mühüm tədbirlərdən olacaq.

https://rmc.az/az səhifəsində daxil olmaqla, tədbir haqqında ətraflı məlumat əldə etmək və praktiki sessiyada iştirak üçün qeydiyyatı tamamlamaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti