...

Bank Respublika və Niderland səfirliyi birgə layihələr keçirməyi planlaşdırır (FOTO)

Maliyyə Materials 7 Oktyabr 2022 13:24 (UTC +04:00)
Bank Respublika və Niderland səfirliyi birgə layihələr keçirməyi planlaşdırır
(FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Bank Respublika”nın Baş ofisində Bankın rəhbərliyi ilə Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizema arasında görüş keçirilmişdir.

Görüşdə “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə bankın nümayəndə heyəti iştirak edib.

Tərəflər müxtəlif sahələr üzrə gələcək əməkdaşlığın inkişaf istiqamətləri, xüsusilə ölkəmizdə fəaliyyət göstərən qadın sahibkarlara və gənc iş adamlarına dəstək, korporativ sosial məsuliyyət layihələrinin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti