...

Azərbaycanda kapital bazarında şirkətlərin maliyyələşdirilməsi üçün platforma yaradılır

Maliyyə Materials 11 Noyabr 2022 12:40 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı kapital bazarında şirkətlərin daha çevik maliyyələşdirilməsi üçün xüsusi platforma yaradır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktor müavini Samir İsmayılov Bakı Fond Birjasının təşkil etdiyi "Emitent günü"nə həsr olunmuş videokonfrans zamanı deyib.

"Platformanı bu ayın sonundan gec olmayaraq işə salmaq planlaşdırılır. Qiymətli kağızlar vasitəsilə maliyyələşmə əldə etmək istəyən şirkətlər elektron formada Mərkəzi Banka, "Bakı Fond Birjası" QSC-yə, eləcə də Milli Depozit Mərkəzinə müraciət edə bilər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti