...

“Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi növbəti dəfə “PAŞA Bank”ın yüksək reytinqini təsdiqləyib

Maliyyə Materials 16 Fevral 2023 12:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın fəaliyyəti beynəlxalq ekspertlər icması tərəfindən növbəti dəfə yüksək qiymətləndirilib.

Belə ki, “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi Bankın kredit reytinqini açıqlayıb. Qiymətləndirməyə əsasən “PAŞA Bank”ın uzunmüddətli kredit reytinqi "B+", qısamüddətli reytinqi isə “b+” səviyyəsində təsdiq olunub. Reytinq üzrə proqnoz isə “sabit” olaraq saxlanılıb.

“PAŞA Bank”ın güclü biznes mövqeyi, böyük likvidlik ehtiyatları və yüksək gəlirliliyi “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi tərəfindən yüksək reytinq və sabit proqnozla qiymətləndirilmənin əsas təminatçısı olub.

Qeyd edək ki, bu reytinq Azərbaycan bankları arasında ən yüksək reytinqlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti